"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlandı

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlandı

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə həsr olunan tanıtım videosu hazırlanıb.

Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, tanıtım video-çarxında Şuşanın tarixi yerləri və Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın obrazı canlandırılıb. Video yarışın açılış mərasimində nümayiş etdiriləcək.

“Shusha Chess 2022” beynəlxalq turnirinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.

Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21 - 24 sentyabrda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər