Slovakiya çempionatının IV turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Jilina” öz meydanında "Senitsa”nı qəbul edib.
Görüş "Jilina"nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Şeydayevin adı matçın protokoluna daxil edilməyib.
Qeyd edək ki, "Jilina" IV turdan sonra ilk qələbəsi qazanıb. Komanda hazırda 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.Az