Şeydayev oynadı, qələbəyə sevindi

Şeydayev oynadı, qələbəyə sevindi

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 23-cü turda doğma meydanda "Rubin"lə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.

Bu mövsüm Premyer Liqada 4 qol vuran Şeydayev oyuna start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 27 xala malik "Krılya Sovetov” hazırda turnir cədvəlində 11-ci pillədədi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər