Şeydayev oynadı, "Krılya Sovetov" uduzdu

Şeydayev oynadı, "Krılya Sovetov" uduzdu
Rusiyanın "Krılya Sovetov" klubu Sloveniya toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. 
Fanat.Az xəbər verir ki, Ramil Şeydayevin şərəfini qoruduğu Samara təmsilçisi Çexiyanın"Banik" klubu ilə qarşılaşıb.
"Rudersdorf" stadionunda baş tutan qarşılaşma çexiyalıların qələbəsi ilə başa çatıb. Yeganə qola 84-cü dəqiqədə Diop imza atıb. 
Görüşə ehtiyatdan başlayan Şeydayev 30-cu dəqiqədə mübarizəyə qoşulub.
Qeyd edək ki, "Krılya Sovetov" bu gün axşam saatlarında növbəti yoxlama görüşünü keçirəcək. Budəfəki rəqib Xorvatiya "Hayduk"u olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər