Şeydayev oynadı, komandası 3 xala sevindi

Şeydayev oynadı, komandası 3 xala sevindi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Slovakiya çempionatında növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, gənc futbolçu XXIV turun “Jilina” - “Rujomberok” qarşılaşmasında iştirak edib.

 

Milliləşən legioner görüşün 74-cü dəqiqəsində meydana çıxıb. Hesab 2:0 olarkən komanda yoldaşı Mrazı əvəzləyən Ramil daha iki qol görüb. Təmsilçimizin komandası ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.

 

Qeyd edək ki, “Jilina” 22 oyundan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər