Səudiyyə Ərəbistanında ilk

Səudiyyə Ərəbistanında ilk
Səudiyyə Ərəbistanı ilk dəfə ABŞ Güləş Federasiyasının təşkil etdiyi yarışa ev sahibliyi edəcək.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, yarış 27 aprel 2018-ci ildə Ciddə şəhərində Kral Abdulla İdman Kompleksində keçiriləcək və 50 güləşçi mübarizə aparacaq. 
ABŞ-ın məşhur professional güləşçiləri Con Sina və "Triple H" adı ilə tanınan Hanter Hörst Hermzli 2010-cu ildən bəri ilk dəfə Ciddədə üz-üzə gələcəklər. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İdman Təşkilatı ölkədə güləş yarışlarının keçirilməsi üçün Dünya Güləş Əyləncə təşkilatı ilə 10 illik müqavilə imzalayıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər