Serxio Ramosun evi qarət edildi

Serxio Ramosun evi qarət edildi

"Sevilya"nın müdafiəçisi Serxio Ramosun eyni adlı şəhərdəki evi qarət edilib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb. 

Hadisə sentyabrın 20-də axşam, 37 yaşlı futbolçunun komandası Çempionlar Liqasında “Lens”lə qarşılaşanda baş verib.

Həmin vaxt Ramosun dörd uşağı və onların baxıcıları evdə olub, onlar xəsarət almayıblar. Futbolçunun həyat yoldaşı Pilar Rubio da iş səbəbiylə evdə olmayıb.

Cinayətkarlar bahalı saatlar, qızıl-zinət əşyaları, dizayner paltarları və nağd pul oğurlayıblar, lakin məbləğ göstərilməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər