"Barselona"nın sabiq müdafiəçisi və kapitanı Serxi Robertonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirəcək.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Xəbərə görə, o, "Komo" ilə müqavilə imzalayıb. Müqavilənin müddəti iki illikdir. Razılaşmaya daha bir mövsüm üçün uzatma variantı da daxil edilib. Keçidin tezliklə rəsmən elan olunacağı bildirilir.
Xatırladaq ki, 32 yaşlı Roberto 13 mövsüm keçirdiyi Kataloniya klubundan ayrılıb. Bu müddət ərzində İspaniya nəhənginin forması ilə 373 matça çıxan arxa xətt oyunçusu 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa