"Şerif"in çalışdırıcısı: "Hücumda intensivlik yarada bilmədik"

"Şerif"in çalışdırıcısı: "Hücumda intensivlik yarada bilmədik"
Moldovanın "Şerif” klubunun baş məşqçisi Zoran Zekiç UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, Tiraspol təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Oyunla bağlı müəyyən planlarımız var idi. İlk səhv penalti ilə nəticələndi və ardından oyunçumuz qırmızı vərəqə aldı. 2-3 qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. "Qarabağ"ı təbrik edirəm, onların Çempionlar Liqasının qruplarına düşməsini istəyirəm.
 
- "Qarabağ"ın güclü tərəfləri hansılardır və oyunu dəyişmək üçün nələr etdiz?
- Oyundan əvvəl də demişdim ki, "Qarabağ"ın güclü oyunçuları var, topa yaxşı nəzarət edirlər. Penaltiyə qədər bərabər oyun gedirdi. Hücumda daha kəsərli olmaq istəyirdik, alınmadı.
 
- Bu gün "Şerif"in oyunçuları antifutbol oynadı. Futbolçular rəqibi vura, yıxa-yıxa oynayırdılar. Moldova çempionatında da belə çempion olmusuz?
- Mən də bu gün hücum futbolu oynamaq istəyirdim. Amma bu oyunu antifutbol saymıram. Hücumda intensivlik yarada bilmədik.
 
- Oyun zamanı hakimə etiraz edirdiz. Onların qərarlarında səhv olduğunu düşünürsüz? 
- Oyundan sonra hakimlər haqda danışmaq düz deyil. Onlar da səhv edə bilərlər. Hakimlər epizoda daha yaxın idilər, düz də ola bilərlər, səhv də.
 
- "Qırmızı" alan futbolçunu cəzalandıracaqsız?
- Bu haqda sabah düşünəcəyik.
 
- Oyundan əvvəl Qara Qarayevi xüsusi fərqləndirmişdiz. İndi də eyni fikirdəsiz? 
- Mənə görə o, hələ də Azərbaycanın ən yaxşı futbolçusudur. Topla yaxşı rəftar edir. Meydana nəzarəti güclüdür, qayıdan topları götürə bilir. Mənə görə ən yaxşı azərbaycanlı futbolçudur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər