"Sent-Etyen" Vadjinin qolları ilə qələbə qazandı

"Sent-Etyen" Vadjinin qolları ilə qələbə qazandı

“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji Fransa “Sent-Etyen”ində növbəti qollarını vurub. 

Fanat.Az xəbər verir ki, Liqa-2-nin 29-cu turu çərçivəsində “Nyor”u qonaq edən Vadjinin komandası 2:0 hesabı ilə qalib gəlib.

Seneqallı futbolçu ikinci yarının startında meydana çıxıb və oyunun gedişatını dəyişib. Belə ki, o, hər iki qolun müəllifi olub. Vadji 51 və 71-ci dəqiqələrdə fərqlənərək dublunu reallaşdırıb. Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran “yaşıllar” 12-ci pilləyə yüksəliblər.

Beləliklə, Vadji bu mövsümdə keçirdiyi 22 oyunda 8-ci qoluna imza atıb. 

Xatırladaq ki, 27 yaşlı forvard ötən ilin avqustunda “Qarabağ”dan Fransa klubuna transfer olunub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər