Sənan Qurbanovun istefası qəbul edildi - RƏSMİ

Sənan Qurbanovun istefası qəbul edildi - RƏSMİ

“Şamaxı” klubunun rəhbərliyi baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi bəyanat yayıb.

Sənan Qurbanov Premyer Liqanın 23-cü turunda “Qarabağ”a 0:8 hesablı məğlubiyyətin ardından istefa verib. Qurbanovun qərarını bu gün müzakirə edən rəhbərlik istefanı qəbul edib. Baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.

Komandanın sabiq futbolçusu Rail Məlikov isə “Şamaxı-2″nin baş məşqçisi olub. Məlikov “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları 22-ci tur matçından əvvəl futbolçu karyerasını bitirmişdi.

Sənan Qurbanov “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunundan sonra istefa verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər