Sənan Qurbanov: "İkinci hissədən narazıyam"

Sənan Qurbanov: "İkinci hissədən narazıyam"

"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 10-cu turunda "Sabah”a qarşı keçirdikləri görüşün ardından ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar”ın çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyunu dəyərləndirməyə belə başlayıb:

- Meydana qələbə üçün çıxmışdıq. Üç xal çox vacib idi. Oyunçularıma davamlı pressinq etmələrini tapşırmışdım. İlk hissədə kifayət qədər imkanlar olsa da, istifadə edə bilmədik. İkinci hissədən isə çox narazıyam.

 

- İkinci yarıda zəif təsir bağışladız. Niyə?

- İkinci hissədə çox zəif idik. Pressinq tətbiq edən oyunçular bir az daha müdafiəyə çəkildi. Ona görə ola bilər.

- Ceymsin oyununda açıq-aşkar irəliləyiş var. Bunun necə dəyərləndirirsiz?

- Hə, o, əvvəllər bu qədər yaxşı deyildi. Sonradan məşqlərdə özünü yaxşı tərəfdən göstərdi və özünü sübut etdi.

- Cavid Hüseynov zədəsi olduğuna görə ehtiyatda idi?

- Cavid Hüseynovun ehtiyatda qalması taktiki gediş idi. İlk oyunu təhlil etdiyimizə görə, bu gün belə bir qərar verdik. O, bizim ən dəyərli oyunçumuzdu.

- Növbəti həftə "Qarabağ"ı qəbul edirsiz. Məşqlərə Qəbələdə davam edəcəksiz, yoxsa Bakıda?

- Bizim əksər oyunçularımız Bakıda yaşayır. Burada qalıb məşq edə bilməyəcəyik.

 

- Təmkin əvəzləməsindən çox narazı idi…

- Təmkin çox aqressiv futbolçudu. Əvəzləməyə ehtiyac olduğu üçün bu addımı atdım.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər