"Seltik" 10 nəfərlə qaldığı oyunda erməniləri darmadağın etdi

"Seltik" 10 nəfərlə qaldığı oyunda erməniləri darmadağın etdi
Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub. 
Fanat.Az xəbər verir ki, 6 cavab oyunu baş tutub. Yekunda bu turnirdəki təmsilçimiz "Qarabağ”la yanaşı, "Astana”, "Şerif”, "Rusenborq”, "Seltik”, Slovakiya "Spartak”ı mərhələ adlayıb. 
"Astana”yla "Seltik” hər iki matçda qələbə qazanmaqla, "Şerif” isə "Rusenborq”a ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaqla bacarıb. Səfərdə rəqibinə minimal hesabla qalib gələn Slavakiya "Spartak”ı da heç-heçə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
"Seltik” 10 nəfərlə qaldığı oyunda Ermənistanın "Alaşkert” klubunu darmadağın edib - 3:0. Şotlandlar ilk oyunda da eyni hesablı qələbə qazanmışdı.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
"Zrinski” (Bosniya və Herseqovina) - "Spartak” (Slovakiya) - 1:1
Qollar: Todoroviç, 56 - Qodal, 15
İlk oyun - 0:1
"Şerif” (Moldova) - "Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0
Qollar: Badibanqa, 9, Santos, 40, 55
İlk oyun – 1:2
"Qarabağ” (Azərbaycan) - "Olimpiya” (Sloveniya) - 0:0
İlk oyun - 1:0
"Rusenborq” (Norveç) - "Valyur” (İslandiya) - 3:1
Qollar: Bendtner, 55 (pen.), 90 (pen.), Trondsen, 72 - Siqurdson, 85 (pen.)
İlk oyun - 0:1
"Sutyeska” (Monteneqro) - "Astana” (Qazaxıstan) - 0:2
Qollar: Despotoviç, 38, Mujikov, 85
İlk oyun - 0:1
"Seltik” (Şotlandiya) - "Alaşkert” (Ermənistan) - 3:0
Qollar: Dembele, 8, 19 (pen.), Forrest, 35
İlk oyun – 3:0
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər