Şəhriyar Məmmədyarov Superturnirdə yarışacaq

Şəhriyar Məmmədyarov Superturnirdə yarışacaq

İyunun 6-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində şahmat üzrə yeni Superturnir start götürəcək. 

Fanat.Az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iştirakçılar reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaq.   Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digərləri iştirak edəcək. Superturnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.

Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq. 

Yarışa iyunun 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər