Şəhriyar Məmmədyarov erməni şahmatçını mat qoydu

Şəhriyar Məmmədyarov erməni şahmatçını mat qoydu

Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirinin blits mərhələsinin qalibi olub.

Fanat.Az xəbər verir ki, Moskvada keçirilən nüfuzlu yarışda 9 turdan sonra 7.5 xal toplayan millimizin lideri ən yaxın rəqibi Levon Aronyanı 2 xal qabaqlayaraq çempion olub.

Maraqlıdır ki, həmyerlimiz şəxsi görüşdə də Aronyanı mat qoyub. V turda baş tutan matçın 61-ci dəqiqəsində təslim olan erməni şahmatçı taleyi ilə barışmalı olub. 

Qeyd edək ki, turnirin əsas mərhələsi bu gün start götürəcək. Qrossmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər