Bosniya və Herseqovina millisi "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, bosniyalılar doğma meydanda Belçikanı qəbul edib.
Oyun belçikalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın qapıçısı İbrahim Şehiç matçı ehtiyat oyunçular skamyasından izləyib. Bosniya və Herseqovinanın qapısını İngiltərənin "Bormut" klubunda çıxış edən Asmir Beqoviç qoruyub.
Qeyd edək ki, Bosniya və Herseqovina 9 turdan sonra 14 xalla H qrupunda ikinci yeri tutur.
Fanat.Az