"Səhhətim imkan vermir, bununla barışmışam" - Martin Şkrtel

"Səhhətim imkan vermir, bununla barışmışam" - Martin Şkrtel

Slovakiya millisinin və "Liverpul"un sabiq müdafiəçisi - peşəkar futbolçu karyerasını bitirən Martin Şkrtel fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Flashscore" onun dediklərini belə çatdırıb:

"Bəzi anlarda futbol üçün darıxıram. Açığı, bəzən nə vaxtsa futbola qayıtmaq barədə də düşünmüşəm. Amma səhhətim hələ imkan vermir. Bununla barışmışam. Top futbolçu həyatı başa çatıb. Sadəcə, hansı istiqamətdə irəliləmək istədiyimi müəyyənləşdirmək üçün irəli baxıram".

Qeyd edək ki, "Zenit" və "Fənərbağça"da da çıxış etmiş Şkrtel 2004-2019-cu illər aralığında Slovakiya yığmasına çağırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər