Səfərbəliyə görə ölkə kubokunun oyunu təxirə düşə bilər

Səfərbəliyə görə ölkə kubokunun oyunu təxirə düşə bilər

Rusiyanın aşağı divizyonlarından birində çıxış edən “StavropolAqroSoyuz”un baş məşqçisi Kirill Eydelnant bildirib ki, onun komandasının üç futbolçusu səfərbərlik siyahısındadır.

Fanat.Az "Çempionat" saytına istinadən xəbər verir ki, oktyabrın 5-də “StavropolAqroSoyuz” Rusiya kubokunun 1/32 final matçında “Nefteximik”lə qarşılaşmalıdır.

Eydelnant  komandasının Birinci Liqa klubuna qarşı heyətdə 13 futbolçu ilə oynaya bilməyəcəyini vurğulayıb.

“Kubokun növbəti mərhələsində oyunçular üçün bonuslar olacaq, lakin burada problem başqadır - səfərbərlikdə. Artıq üç nəfər gedir. Onlar səfərbərlik siyahılarındadırlar", - deyə çalışdırıcı bildirib.

Emin

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər