Saxta liqa yaratdılar, saxlandılar - Film kimi olay

Saxta liqa yaratdılar, saxlandılar - Film kimi olay

Hindistanlı fırıldaqçılar Rusiyada mərc edən oyunçuları aldatmaq məqsədi ilə saxta kriket liqası yaradıblar.

Fanat.Az "Mash" "Telegram" kanalının məlumatına istinadən xəbər verir ki, onlar dələduzluq əməlindən iki həftə sonra saxlanılıblar.

Cinayətkarlar özlərini peşəkar oyunçu kimi göstərən aktyorları işə götürərək onlara forma alıblar. Meydançaya kameralar quraşdıran fırıldqçılar tribunalarda azarkeş effekti yaratmaq üçün kriket üzrə Hindistan Premyer Liqasının oyunlarının səsini yayımlayıblar. 

Komandalardan birinin qələbəsi ilə bağlı mərclər istənilən həddə çatdıqda cinayətkarlaq radioqəbuledici vasitəsi ilə aktyorlarla əlaqə saxlayaraq onlara hansı nəticənin əldə edilməsi lazım olduğunu bildiriblər.

Bu saxta sxemin mövcud olduğu 14 gün ərzində fırıldaqçılar qanunsuz olaraq 14000 ABŞ dolları qazanıblar.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər