"Sauthempton"la vidalaşan Kabalyero məşqçi təyin edildi

"Sauthempton"la vidalaşan Kabalyero məşqçi təyin edildi

"Mançester Siti"nin və "Çelsi"nin sabiq qapıçısı Villi Kabalyero "Lester"də işləyəcək.

Fanat.Az sözügedən klubun saytına istinadən xəbər verir ki, Kabalyero iyunda baş məşqçi təyin edilən 43 yaşlı italiyalı Entso Mareskinin köməkçisi qismində fəaliyyət göstərəcək.

41 yaşlı Kabalyeronun formasını geyindiyi son klub ötən ay ayrıldığı "Sauthempton" olub. 

Növbəti mövsümə Çempionşipdə başlayacaq "Lester" ilk oyununu avqustun 6-da öz meydanında keçirəcək. "Tülkülər" "Koventri Siti"ni qəbul edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər