"Sarı jiletlilər"in aksiyaları daha iki oyunu təxirə saldı

"Sarı jiletlilər"in aksiyaları daha iki oyunu təxirə saldı
Fransa Liqa 1-də daha iki oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu gün keçirilməli olan "Anje” - "Bordo” və "Nim” - "Nant” matçları baş tutmayacaq. Buna səbəb "sarı jiletlilər"in ölkə prezidenti Emmanuel Makronun istefası və vergi islahatları tələbi ilə keçirdiyi etiraz aksiyaları olub.
Qeyd edək ki, daha öncə XVII turun "Monako” - "Nitsa”, "Sent-Etyen” - "Marsel”, "Tuluza” - "Lion” və PSJ - "Monpelye” görüşləri də eyni səbəbdən təxirə salınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər