“Samtredia”nın kapitanı: "Bizi ağır oyun gözləyir"

“Samtredia”nın kapitanı: "Bizi ağır oyun gözləyir"

"Samtredia”nın kapitanı Giorgi Datunaşvili Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi Gürcüstan mətbuatına açıqlama verib. 

 

Fanat.Az xəbər verir ki, kapitan onları ağır oyun gözlədiyini qeyd edib:

 

"Bizi ağır oyun gözləyir. Bilirik ki, "Qarabağ" yüksək səviyyəli klubdur. Onlar davamlı olaraq Avropa turnirlərində oynayır. Yekun nəticədə qələbə qazanmağa və ya heç-heçə etməyə çalışacağıq. Bunun üçün hazırıq. Biz çalışacağıq ki, bu maneənin öhdəsindən gələk. Öz adımdan bunun üçün ən yaxşısını etməyə söz verirəm".

 

Qeyd edək ki, "Qarabağ" - "Samtredia" görüşü bu gün saat 21:00-da başlayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər