Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

Bu gün Azəbaycan Premyer Liqasının VI turunda "Sumqayıt" "Qarabağ"ın qonağı olub. 

Fanat.Az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abasov 1:4 hesablı məğlubiyyətə şərh verib.

"Oyuna pis başlamadıq. "Qarabağ"la görüş hər bir komanda üçün çətindi. Çalışırdıq ki, rəqibi əks-hücumda yaxalayaq və ya standart vəziyyətlərdən yararlanaq. İstəyimizə çatmışdıq. Amma sonra fərdi səhvlər özünü göstərdi. Bu da gözlənilən idi. Cavid İmamverdiyevin zədəsi ciddiyə oxşayır. Həkim müayinəsindən sonra dəqiq məlum olar. Mehdiyə hələ şans vermək istəyirəm. Bilmək istəyirəm ki, Fərhaddan sonra əsas qapıçı ola bilər, ya yox. Səhvlərinə görə də cavab verəcək", deyən gənc mütəxəssis hakimlərdən danışmaq istəməyib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər