“Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Hayfa) komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında belə danışıb: “Sabahkı oyunun çətinliyindən və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacarığımızı meydanda qoymaq istəyirik. Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" daha çətindir. Heyətdə təhlükəli oyunçular çoxdur. Biz buna hazırıq. İnanıram ki, sabah əlimizdən gələni edəcəyik. Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Sabahkı oyuna nə qədər hazır olacaqlar bilmirəm. Sabir Buqrin və Sezar Meza Kolli sabah meydanda olacaq. Hər şeyi meydanda görəcəyik. Huqo Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Sabah bəlkə ehtiyat oyunçular skamyasında yer aldı. Çox güman ki, oynamayacaq”.
Samir Abasov: "Bu, bizim üçün sonuncu şansdır"
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
09:48
22.10.2026
KL: 2-ci tur start götürür
Futbol
11:42
16.10.2026
Salah Avropa futbolunda tarixi göstəriciyə imza atdı
Konfrans Liqası
01:38
16.10.2026
KL: "Trabzonspor"dan inamlı qələbə
Konfrans Liqası
10:26
15.10.2026
KL: Murad Məmmədovlu "Pafos" "Atalanta" ilə üz-üzə, "Trabzonspor" "Sabah"ın ÇL-dən uzaqlaşdırdığı komanda ilə qarşılaşır