“Liverpul”un Məhəmməd Salah unikal göstəriciyə imza atıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, misirli hücumçu buna İngiltərə Premyer Liqasının XXXII turunda səfərdə “Mançester Yunayted”ə qol vurmaqla nail olub.
2:2 hesabı ilə bitən görüşün 84-cü dəqiqəsində penaltidən fərqlənən Mo çempionat matşlarında "Old Trafford"da "qırmızı şeytanlar"a ən çox qol vuran oyunçu ünvanını ələ keçirib.
İndiyədək 6 dəfə səfərdə MY-ni məyus edən Salah Stiven Cerradın rekordunu (5 qol) yeniləyib.
Nihat