Salah qardaşının toyuna getdiyi üçün tənqid olundu

Salah qardaşının toyuna getdiyi üçün tənqid olundu
"Liverpul" klubunun misirli futbolçusu Məhəmməd Salah milli komandanın düşərgəsində koronavirusa yoluxub. 
Fanat.Az xəbər verir ki, buna baxmayaraq Salah qardaşının toy mərasimində iştirak edib. Onun bu addımı çoxları tərəfindən tənqid olunub. 
 
Salah qardaşının toyuna getdiyi üçün tənqid olundu
Hətta veteran futbolçu Mido da Salahın qardaşının toyunda iştirak etməsiylə bağlı tənqidi fikirlər səsləndirib: "Sizə toyda nə olduğunu deyib? 300-400 insan onunla şəkil çəkdirdi, onu öpdü. Milli komandanın uğurunu düşünürsənsə, bunu etməməlisən. Salahın məşqə qoşulmadan toya getməsi böyük bir utancdır. Gəminin kapitanı belə hərəkət etsə, gəmi batar”.
Qeyd edək ki, Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. "Arsenal”da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər