"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah komanda ilə müqavilə müddətinin artırılması üçün məvacibin artırılmasını istəyəcək.
Fanat.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, futbolçu agentləri vasitəsi ilə klub rəhbərlərinə rəqəmləri də çatdırıb.
Belə ki, müqavilənin müddətindən və şərtlərindən asılı olaraq futbolçu həftəsinə 300 - 380 min funt sterlinq arası tələb edəcək.
Qeyd edək ki, hazırda Salah həftəsinə 200 min funt sterlinq qazanır.
Emin Şəmsiyev