Salah Kloppla mübahisə etdi

Salah Kloppla mübahisə etdi

Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Vest Hem”ə qarşı oyuna  (2:2) çıxarkən baş məşqçi Yürgen Kloppla mübahisə edib.

Fanat.Az xəbər verir ki, epizod matçın 82-ci dəqiqəsində baş verib. 

Salahı ehtiyatdan meydana çıxmağa hazırlaşan digər komanda yoldaşları - Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.

Xatırladaq ki, Klopp bu ilin yanvarında cari mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər