İspan futbolçu Cerard Pikenin həyat yoldaşı, məşhur müğənni Şakiranın "Twitter"dəki son paylaşımı marağa səbəb olub.
Dünən keçirilən Polşa - İsveçrə oyunundan sonra Şakira adının bənzədiyi Herdan Şaqirinin vurduğu mükəmməl qola görə maraqlı "twit" atıb.
“Tarixdə ilk dəfə bir cütlük Avropa Çempionatında qol vurdu. Pike və Şaqiri”, - müğənni yazıb.
Şakiranın bu paylaşımından sonra sosial şəbəkələrdə ona edilən zarafatların ardı-arası kəsilməyib.

Fanat.az