Şahmat Olimpiadası: Hər iki millimiz Ermənistana qarşı - Heyətlər

Şahmat Olimpiadası: Hər iki millimiz Ermənistana qarşı - Heyətlər

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Fanat.Az xəbər verir ki, həm  kişilərdən, həm də qadınlardan ibarət yığmamız X turda Ermənistan kollektivi ilə qarşılaşacaq. Artıq komandaların matçlar üçün heyətləri də məlum olub.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

X tur

Azərbaycan – Ermənistan

Şəhriyar Məmmədyarov – Qabriel Sarkisyan

Qədir Hüseynov – Hrant Melkumyan

Vasif Durarbəyli – Manuel Petrosyan

Nicat Abbasov – Robert Hovanisyan

Məmmədyarov ilə Durarbəyli ağ, Hüseynov və Abasov qara fiqurlarla oynayacaq.

Qadınlar

X tur

Ermənistan – Azərbaycan

Elina Danielyan – Günay Məmmədzadə

Lilit Mkrtçyan – Xanım Balacayeva

Anna Sarqsyan – Gövhər Beydullayeva

Susanna Qaboyan – Gülnar Məmmədova

Məmmədzadə və Beydullayeva qara, Balacayeva ilə Məmmədova ağ fiqurlarla oynayacaq.

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, 9 turdan sonra hər iki yığmamızın hesabında 14 xal var. Bu nəticə ilə hər iki millimiz turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Kişilərdə lider Özbəkistan (16 xal), qadınlarda Polşa (15) seçməsidir. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər