"Şadam ki, Neymar sıradan çıxdı, onu görmək belə, istəmirəm" 

"Şadam ki, Neymar sıradan çıxdı, onu görmək belə, istəmirəm" 

PSJ-nin sabiq hücumçusu Kristof Düqarri parislilərin braziliyalı ulduzu Neymarın zədələnərək mövsümün sonuna qədər sıradan çıxmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:

"Şadam ki, Neymar uzun müddətə sıradan çıxdı. Məncə, bu, baş məşqçi Kristof Qaltye üçün yeni şansdır. O nə vaxtsa cəsarətini toplamalı, braziliyalıdan qurtulmalı idi. PSJ beş müdafiəçi, üç yarımmüdafiəçi və hücumda Mbappe - Messi tandemi ilə oynayanda daha uğurlu çıxış edir. Bu heyətlə əvvəlkindən yaxşı görünəcəklərinə əminəm. Neymar meydanda olanda PSJ oyuna nəzarəti itirir. Məsələn rəqib topu ələ keçirən zaman hücumçulardan heç biri geri qayıtmır və komanda rəqibin ək-hücumlarını arzulayan səviyyədə qarşılaya bilmir.

Neymarı daha görmək belə, istəmirəm. Onun indiyədək PSJ-də olmasını həzm edə bilmirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər