"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyinə namizəd ola bilər. Fanat.Az xəbər verir ki, bu barədə68 yaşlı mütəxəssis özü məlumat verib.
"Anadolu" agentliyinə danışan Dənizli gələcəkdə TFF namizədliyinə namizəd ola biləcəyini bildirib. Türkiyədə futbolla bağlı hər sahədə fəaliyyət göstərdiyini vurğulayan mütəxəssisin fikrincə, TFF prezidenti olması zərurəti nə vaxtsa yarana bilər: "Belə bir fikir bir gün ortaya çıxarmı? Deyə bilmərəm. Futbolun hər pilləsində fəaliyyət göstərən insanlarıq, bundan sonra da davam edəcəyik".
Qeyd edək ki, Dənizli 2013-cü ilin dekabrından 2014-cü ilin mayınadək "Xəzər Lənkəran"ın baş məşqçi postunda çalışıb. O, hazırda "Eskişəhərspor"u çalışdırır.
Fanat.Az