Sabiq "Qalatasaray"lı Fredrik Midtşö 33 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Fanat.A z xəbər verir ki, oyunçu bunu öz "İnstaqram" hesabında paylaşıb. Norveçli futbolçu bu xəbəri emosional bir açıqlama ilə bölüşərək bildirib ki, zədədən sonra geri dönməkdə çətinlik çəkib və artıq orqanizmi buna tab gətirmir. Fredrik Midtşönün açıqlaması belədir: "Demək olar ki, iki il yaşıl meydanlardan uzaq qaldıqdan sonra peşəkar futbol karyerama son qoymağın vaxtının çatdığına qərar verdim. Zədədən sonra tam formada geri dönmək üçün çox çalışdım, lakin təəssüf ki, orqanizmim ümid etdiyim kimi reaksiya vermədi. Əlbəttə, bu, arzuladığım sonluq deyildi. Bununla belə, karyerama nəzər saldıqda, yaşadıqlarımın hamısına görə qürur və minnətdarlıq hissi keçirirəm. Uzun illər futbol oynamaq və sevdiyim işlə məşğul olmaq böyük bir şərəf idi. Komanda yoldaşlarıma, məşqçilərimə, azarkeşlərə və dostlarıma həm yaxşı, həm də çətin anlarda yanımda olan ailəmə təşəkkürümü bildirirəm". Futbolçu sonuncu dəfə 2025-ci ildə "Eyüpspor"da çıxış edib. Əlisahib İbrahimli
Sabiq "Qalatasaray"lı karyerasını bitirdi
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
14:58
23.10.2026
Arsen Venger Hövsan Yarış Kompleksində
Azərbaycan futbolu
13:49
23.10.2026
MPL: Şamaxıda heyətlər bilindi, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
13:22
23.10.2026
"Sabah" bir addım öndədir" - Şahin Diniyev derbi barədə danışdı
Azərbaycan futbolu
13:02
23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır