Sabiq federasiya rəhbəri həbs olunur?

Sabiq federasiya rəhbəri həbs olunur?

İspaniya Futbol Assosiasiyasının keçmiş prezidenti Luis Rubiales xaricdən vətəninə qayıdan zaman həbs oluna bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sportschau" yayıb.

Xəbərə görə, Madrid məhkəməsi onun prezidentliyi dövründə bağlanmış qeyri-qanuni müqavilələrlə bağlı araşdırma aparacaq.

Qeyd edək ki, Rubiales aprelin 5-də Dominikan Respublikasından vətənə qayıdacaq.

Nahid Ustaclı  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər