Rövnəq Abdullayev İnfantino ilə görüşdən danışdı - VİDEO

Rövnəq Abdullayev İnfantino ilə görüşdən danışdı - VİDEO

AFFA prezidenti Rövnəq Abdullayev fevralın 28-də FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Fanat.Az xəbər verir ki, Abdullayev görüşdən sonra FİFA TV-yə açıqlama verib. O, görüşün yüksək səviyyədə keçdiyini deyib:

“FİFA prezidenti ilə görüşümüz yüksək səviyyədə keçdi. Əsasən layihələr müzakirə olundu. FİFA və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Onların dəstəyi yenə davam edəcək. Görüşdə Azərbaycanda futbolun, hakimlərin inkişafı məsələləri müzakirə olundu. FİFA prezidenti hər bir məsələdə AFFA-ya dəstək olur.

FİFA-nın layihələrinə biz üst yerlərdə dayanır, öz dəstəyimizi göstəririk. Azərbaycanda qadın futbolu gənc olsa da, şərq ölkələri arasında bizim ölkədə qadınların idmanı daha ön plandadır. FİFA-nın dəstəyi ilə 2013-cü ildə 17 yaşadək qızlardan ibarət komandaların dünya çempionatına ev sahibliyi etdik. Bundan sonra ölkəmizdə qadın futbolu daha da inkişaf etməyə başladı”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər