Rüstəmin komandası Nuriyevin ötürməsiylə uduzdu

Rüstəmin komandası Nuriyevin ötürməsiylə uduzdu

Futbol üzrə Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.   Sözügedən kollektiv millimizin digər futbolçusu Rüstəm Əhmədzadənin komandası – “Minay”la qarşılaşıb. “Kolos” öz meydanında keçirdiyi oyundan 2:1 hesablı əzmkar qələbə ilə ayrılıb. 

Nuriyev 55-ci dəqiqədə meydana çıxıb və sabiq komandası üzərində əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib. Belə ki, “Kolos” 90-cı dəqiqədə məhz onun məhsuldar ötürməsindən sonra qələbə qolunu vura bilib.   Rüstəmin adı matçın iştirak ərizəsinə salınmayıb. Minay”ın digər azərbaycanlı futbolçusu Eldar Quliyev isə start "11-lik"də yer alıb. 65-ci dəqiqədə "sarı" görən yarımmüdafiəçi 82-ci dəqiqədə meydanı tərk edib.   18 oyuna 24 xal toplayan “Kolos” hazırda 16 iştirakçı arasında 8-ci, 10 xalı olan “Minay” isə 15-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər