"Ruslarla iş görmək istəmədik"

"Ruslarla iş görmək istəmədik"

İtaliyanın "Sassuolo" klubunun direktoru Covanni Karnevali müdafiəçi Rocerionu Moskva "Spartak"ına niyə satmadıqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:

"Doğrudurmu ki, biz Rocerionu Moskva "Spartak"ına etik səbəblərdən satmamışıq? Tamamilə doğrudur. Danışıqları onun agenti aparırdı. 8 milyon avroluq ciddi təklif var idi. Ancaq hər şeyi təhlil edərək satmamağa qərar verdik. Biz ruslarla iş görmək istəmədik. Onu 2024-cü ildə havayı itirə bilərik? Hə, elədir. Amma istədik ki, vicdanımız təmiz olsun. Məlum ölkə ilə əməkdaşlıq fikrindən vaz keçdik. Rojerio yenə satılır. Başqa təkliflər gəlsə, dəyərləndirəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər