Ruslan Abışov yenidən Sevda Yəhyayevanın klipində - FOTO/VİDEO

Ruslan Abışov yenidən Sevda Yəhyayevanın klipində - FOTO/VİDEO
Oktyabrın 1-də Sevda Yəhyayeva yeni klipinin təqdimat mərasimini keçirəcək. Fanat.Az xəbər verir ki, təqdimat mərasimi saat 14:00-da "Park Meridian" restoranında baş tutacaq.
Mərasimdə müğənni ilə yanaşı onun klipdəki tərəfdaşı "İnter" klubunun futbolçusu Ruslan Abışov da iştirak edəcək. Bu cütlüyün yeni klipinin adı "Milli Mətbəximiz" adlanır. Klipin ideya müəllifi Pərviz Əsgərov, rejissor isə Anar Hüseynovdur. 3 dəqiqə 50 saniyədən ibarət olan klipdə milli mətbəximiz tanıdılır.
Yeri gəlmişkən, bu mahnının sözləri Leyli Erolundur. Musiqi isə özbəklərə məxsusdur.
Ruslan Abışov yenidən Sevda Yəhyayevanın klipində - FOTO/VİDEO
Qeyd edək ki, Ruslan Abışov Sevda Yəhyayeva ilə 2-ci dəfə bir klipdə çəkilir. İlk dəfə 2011-ci ildə tərəf müqabilləri "Gecdir Daha" klipində çəkilmişdilər. Həmin klipin çəkilişləri Türkiyədə olmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər