Ötən mövsüm Avroliqada "Fənərbaxça" və ÇSKA arasında basketbol matçında iki klubun rəhbəri arasında gərginlik yaşanmışdı. Belə ki, qarşılaşma zamanı "Fənərbaxça" prezidenti Aziz Yıldırımla Moskva klubunun sponsorlarından olan neft maqnatı Dmitri Konov mübahisə etmişdi.
Mətbuatda geniş müzakirə səbəbi olan hadisədə diqqət çəkən digər isim Konovun həyat yoldaşı Katarina Konks olmuşdu. Deyəsən rus milyonçunun həyat yoldaşı deyəsən həmin hadisəni unudub. Belə ki, Konks dünən "Olimpiakos"u yenərək Avroliqanın qalabi olan "Fənərbaxça"nı sosial mediadan təbrik edib. İstanbul klubunun loqosunu paylaşan gözəlçə "Təbriklər! Congratulations" yazıb.


Fanat.Az