Runi çinlilərin təklifi önündə “əridi”- AĞLASIĞMAZ MƏBLƏĞ

Runi çinlilərin təklifi önündə “əridi”- AĞLASIĞMAZ MƏBLƏĞ

Çin klublarından biri “Mançester Yunayted”in forvardı Ueyn Runiyə ikiillik müqavilə və həftəyə bir milyon funt-sterlinq maaş təklif edib. Fanat.Az xəbər verir ki, informasiyanı “The Sun” yayıb.

Adıçəkilən mənbəyə inansaq, hücumçu bu təklifi geri çevirmək niyyətində deyil. “Manikunianlar”la hazırkı müqaviləsi bir ildən sonra qüvvədən düşəcək Ueynin yaşı 30-u ötüb və o, şənbə günü “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiri olmağı bacarıb. İngiltərə çempionatının 22-ci turu çərçivəsində keçirilən görüşdə “Stok Siti”yə MY futbolkasında 250-ci qolunu vuran Runinin yayda “Old Trafford”la vidalaşacağı bildirilir.

“Transfermarkt”ın ulduz futbolçuya 25,5 milyon funt-sterlinq qiymət qoyduğunu da diqqətinizə çatdıraq.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər