Almaniyanın Şimal-Şərq Regional Liqasında XV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış edir "Germaniya Halberştadt" səfərdə "Zviçkau" ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb və sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.az