Rüfət Dadaşov dubl etdi, komandasına kubok qazandırdı

Rüfət Dadaşov dubl etdi, komandasına kubok qazandırdı
Rüfət Dadaşov Almaniyanın "Dinamo" klubunun heyətində son matçına çıxıb. Fanat.Az xəbər verir ki, hücumçunun klubu Berlin kubokunun finalında "Berliner”lə üzə-üzə gəlib.
Zədəsini sağaldan Rüfət bu oyunda dubla imza atıb. O, 16 və 62-ci dəqiqələrdə vurduğu qollarla komandasına kuboku qazandırıb - 2:1. Futbolçumuz 87-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Rüfət bu mövsüm "Dinamo"nun heyətində keçirdiyi 27 oyunda 28 qol vurub. 26 qolla Regional Liqanın bombardiri olan futbolçu gələn mövsüm III Bundesliqada çıxış edən "Proyssen”in formasını geyinəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər