Ronalduya fantastik təklif - MƏBLƏĞ AÇIQLANDI

Ronalduya fantastik təklif - MƏBLƏĞ AÇIQLANDI

"Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Kriştianu Ronaldunun fantastik təklif aldığı açıqlanıb.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Marca" nəşri yayıb.

Mənbə Səudiyyə Ərəbistanı təmsilçilərindən olan "Əl-Nəsr"in ötən yay portuqaliyalı ulduza mövsümlük 121 milyon avro əməkhaqqı ilə, 2 illik anlaşma təklif etdiyini vurğulayıb. Xəbərə görə, Ronaldu bu çağırışı geri çevirərək Avropada oynamağı üstün sayıb. "Əl-Nəsr" rəhbərliyinin 37 yaşlı forvardı yenə diqqət mərkəzində saxladığı və ona yeni təklif göndə biləcəyi qabardılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər