"Ronaldunun yeganə hədəfi bütün dövrlərin ən yaxşısı olmaqdı" - Qari Nevill

"Ronaldunun yeganə hədəfi bütün dövrlərin ən yaxşısı olmaqdı" - Qari Nevill
"Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq müdafiəçisi Qari Nevill İngiltərə təmsilçisində komanda yoldaşı olmuş Kriştianu Ronaldudan danışıb.
 
Fanat.Az xəbər verir ki, MY-nin eks-kapitanı "Sky Sports”a açıqlamasında belə deyib:
"Ronaldunun imza atdığı uğurlar sadəcə möhtəşəmdi. O, şəxsi mükafatların daha vacib olduğunu deyən azsaylı komanda yoldaşlarımdan biridi. Qarşısına qoyduğu məqsədə hansı səviyyədə çatdığı göz qabağındadı. Formada qalmaq üçün böyük zəhmətə qatlaşır. Uzun müddət eyni səviyyədə oynaya bilmək sıradan hal deyil. Kriştianu çəkdiyi əziyyətin bəhrəsini görür. İşinə çox məsuliyyətlə yanaşır, ildən-ilə peşəkarlıq səviyyəsi artır. Məncə, o, Pelenin vurduğundan daha çox qol vurmaq və bütün dövrlərin ən yaxşısı adını qazanmağa çalışır. Bu onun yeganə hədəfidi. Əlbəttə, Ronaldu formadadırsa, üzvü olduğu klublar da ciddi uğurlar qazanır”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər