Ronaldunun taleyinə nə vaxt aydınlıq gələcək? - Vacib görüş

Ronaldunun taleyinə nə vaxt aydınlıq gələcək? - Vacib görüş

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Kriştianu Ronaldunun gələcəyiylə bağlı qeyri-müəyyənliyi şəxsən ulduz futbolçunun özü ilə müzakirə etmək istəyir.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, tərəflər arasında görüş Ronaldunun mövsümöncəsi məşqlərə başlamaq üçün düşərgəyə qayıtdığı vaxta planlaşdırılıb.

Xəbər verilir ki, Ronaldu "Mançester Yunayted" rəhbərliyindən yay transfer pəncərəsində 6-7 yeni futbolçu ilə müqavilə imzalamağı xahiş edib. Əks halda, yaxşı təklif olarsa, onu satmaqlarını istəyib. Portuqaliyalı hücumçu klubun Premyer Liqadakı rəqibləri ilə müqayisədə transfer bazarındakı qeyri-fəallığından narazıdır. 

Ronaldu 2021/2022 mövsümünün nəticələrinə görə “Mançester Yunayted”in bombardiri olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər