Ronaldunun "Qızıl buts" mükafatını qazanmayacağı dəqiqləşdi

Ronaldunun "Qızıl buts" mükafatını qazanmayacağı dəqiqləşdi
"Yuventus" İtaliya A Seriyasının 38-ci turu çərçivəsində "Roma" ilə oynanılacaq matçın iştirak ərizəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kriştianu Ronaldunun adı siyahıya daxil edilməyib. Beləliklə, portuqaliyalı futbolçu "Qızıl buts" mükafatını qazanmaq şansını itirib.
Son tur ərəfəsində "Latsio"nun hücumçusu Çiro İmmobilenin aktivində 35 qol var. Ronaldo ondan 4 qol geri qalır.
"Yuventus" - "Roma" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər