"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Star" yayıb.
Xəbərə görə, 30 yaşlı fransalının xidmətində maraqlı olan "Əl-Nəsr" ona illik 58 milyon avro maaş ödəməyə hazırdır. Mənbə Varanın özünün də "qırmızı şeytanlar"ı tərk etməyi arzuladığını, MY-nin idarəçilərinin isə sözügedən futbolçunun klubu tərk etməsinə qarşı olmadıqlarını vurğulayıb.
Cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 21 matça çıxan Rafael 1 qolla yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, portuqaliyalı superulduz Kriştianu Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"in uğurları üçün çalışır.