Ronaldunun İngiltərədən qaçmaq istəməsinin səbəbi bilindi

Ronaldunun İngiltərədən qaçmaq istəməsinin səbəbi bilindi

İngiltərə Premyer Liqasının son mövsümündə ən çox təhqiredici mesajlar alan futbolçuların statistikası açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı MTI yayıb.

Söhbət "Twitter"dəki mesajlardan gedir. Maraqlıdır ki, dünən dərc edilən xülasəyə əsasən, Kriştianu Ronaldu hamıdan çox təhqir mesajları alıb. 

Premyer Liqada çıxış edən oyunçuların 68 faizi sosial şəbəkədə təhqiredici mesajlar alıb. 2021-2022-ci illər mövsümündə 2,3 milyon mesajdan təxminən 60 minində təhqiramiz ifadələr olub.

Rekordçu "Mançester Yunayted"in portuqaliyalı ulduzu Ronaldu olub ki, o, 12 520 təhqiredici tvit alıb. İkinci yerdə 8 954 tvitlə Harri Maquayer, üçüncü isə digər komanda yoldaşı Markus Reşford (2 557) olub.

Ümumiyyətlə, ilk "10-luq"da MY-nin səkkiz üzvü var. Onlardan başqa, Harri Keyn (“Tottenhem”) və Cek Qriliş (“Mançester Siti”) çox vaxt qəzəb hədəfinə çevrilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər