Ronaldunun dieta siyahısı açıqlandı: Sadəcə bunları yeyərək formada qalır

Ronaldunun dieta siyahısı açıqlandı: Sadəcə bunları yeyərək formada qalır
36 yaşı olmasına rəğmən daim formada qalan Kriştianu Ronaldunun dieta proqramı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə ulduz futbolçunun "Yuventus"dakı komanda yoldaşı Dauda Piter açıqlama verib.
Onun sözlərinə görə, Ronaldu daim eyni yeməkləri yeyir və heç vaxt qazlı su içmir: "Kriştianu hər zaman eyni şeyləri yeyir: Brokkoli, tyuq, düyü, bir litr su. Əsla qazlı su içmir. Qarın əzələləri boş yerə o səviyyədə qalmır. Kriştianunun saatlarla güzgünün qarşısında durması da yalandı. Çünki buna ayıracaq zamanı yoxdu. Hər zaman, hər yerdə qazanmaq istəyir. Məşqlərdə gənc futbolçularla çox maraqlanır və bizim inkişaf etməyimiz üçün hər şeyi edir. Çox yaxşı insandır və futbolu çox ciddiyə alır. Komanda avtobusunda futboldan başqa mövzuda danışmır".
 
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər