"Ronaldu, yoxsa Salah?" - Klopp cavablandırdı

"Ronaldu, yoxsa Salah?" - Klopp cavablandırdı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp (Jürgen Klopp) "Sky Sports"a onlayn müsahibə verib.

Fanat.Az-ın xəbərinə görə, jurnalist 54 yaşlı mütəxəssisə "Salah güclüdür, yoxsa Ronaldu?" sualını verib.

Kloppun cavabı belə olub:

"Bu barədə heç düşünməmişəm. Ronaldo ilə Salah niyə müqayisə olunmalıdır axı? Hər ikisi dünya səviyyəli oyunçulardır. Salahın sol ayağı Ronaldudan daha güclüdür. Ronaldu isə sağ ayağını Salahdan daha yaxşı istifadə edir və hava oyunlarına güclüdür. Sürət baxımından isə hər ikisi küləkdən də sürətlidir".

 

Xatırladaq ki, Salah cari mövsüm İPL-də 7 qol, Ronaldu isə 3 qol vurub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər